2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

29/04/2024 - 18:17

2020-2023-cü illərdə Azərbaycana 154 milyon 722 min ABŞ dolları dəyərində 3 915 ədəd elektromobil (Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə isə Azərbaycana 35 milyon 308 min ABŞ dolları dəyərində 830 ədəd elektromobil gətirilib.

    Qeyd edək ki, 2020-ci ildən indiyə qədər ölkəyə 190 milyon ABŞ dolları dəyərində 4745 ədəd elektromobil idxal edilib.

    Xatırladaq ki, ötən il ölkəyə elektromobil idxalında ciddi artım baş verib. Belə ki, 2023-cü ildə Azərbaycana 3102 ədəd elektromobil idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 6.4 dəfə çoxdur.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Azərbaycan nefti ucuzlaşdı
    01/05/2024 - 09:29
    Qızıl cüzi bahalaşdı
    18/04/2024 - 10:46
    Unla bağlı yenilik olacaq
    18/04/2024 - 10:40
    Neft bahalaşmaqda davam edir
    01/04/2024 - 20:29
    Neft bahalaşıb
    30/03/2024 - 20:56