Aybəniz Haşımovanın tələbələri ingilisi heyrətləndirdi

30/04/2024 - 13:47

Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında keçirilən Birinci Beynəlxalq Opera Festivalında görkəmli sənətkar Aybəniz Haşımovanın tələbələri xarici tamaşaçıları riqqətə gətirib.

Qafqaz.Media xəbər verir ki, "Sənət Akademiyasının təmsilçiləri –Davud Nəsirli və Nərmin Nərimanlının səhnədə böyük ustalıq göstərməsi Böyük Britaniyada fəaliyyət gpstərən Azərbaycan Beynəlxalq Məktəbin (TİSA) musiqi müəllimini  heyrətləndirib. İngilis tamaşaçı yeniyetmə sənətçilərlə görüşündə yaşadığı zövqü bu ifadələrlə büruzə verib:

"Sizin ifanız, səhnə mədəniyyətiniz, gestləriniz möhtəşəmdir. Siz sanki uzun illərin böyük sənətkarlarısız. Gəlin birlikdə şəkil çəkdirək, siz böyüyəndə mən həmin fotonu hamıya göstərib fəxrlə deyim ki, bu dahi sənətkarlarla hələ onlar uşaq olanda birgə şəklim var".

Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

 


 

  •  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Narınc yuxular
07/05/2024 - 10:10
Yıldız Tilbe qəzaya düşdü
04/05/2024 - 04:49