Bu ölkə Rusiya ilə sərhədə canlı qüvvə və hərbi texnika YERİDİR

01/05/2024 - 07:37

Polşa Silahlı Qüvvələrinin komandanlığı hərbi texnikaların ölkənin şimalına göndərilməsinin planlaşdırıldığı barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Bu, NATO-nun “Sabit Müdafiəçi 2024” adlı təlimləri, o cümlədən qoşunların Rusiya sərhədlərinə hərəkəti ilə bağlıdır", - o deyib.

Məlumatda çoxsaylı hərbi karvanların hərəkətə keçməsi ehtimalı ilə əlaqədar yollarda xüsusi ehtiyatlılığın zəruriliyi qeyd edilir. Aktivliyin pik nöqtəsi mayın 4-dən mayın 6-dək olan dövr üçün nəzərdə tutulub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl NATO-nun Rusiya sərhədləri yaxınlığında keçirdiyi təlimlərin Qərb dövlətlərinin Moskvanı silahlanma yarışına sürükləmək cəhdi olduğu fikrini bildirmişdi. O vurğulayıb ki, Rusiya Şimali Atlantika blokunun hərəkətlərini diqqətlə izləyir və müvafiq nəticələr çıxarır.

Mesajda çoxsaylı hərbi karvanların meydana çıxması ehtimalı ilə əlaqədar yollarda xüsusi ehtiyatlılığın zəruriliyi qeyd edilir. Aktivliyin pik nöqtəsi mayın 4-dən mayın 6-dək olan dövr üçün nəzərdə tutulub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl NATO-nun Rusiya sərhədləri yaxınlığında keçirdiyi təlimlərin Qərb dövlətlərinin Moskvanı silahlanma yarışına sürükləmək cəhdi olduğu fikrini bildirmişdi. O vurğulayıb ki, Rusiya Şimali Atlantika blokunun hərəkətlərini diqqətlə izləyir və müvafiq nəticələr çıxarır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12