Bu ölkənin baş naziri istefa verdi

29/04/2024 - 18:30

Şotlandiyanın Baş naziri (birinci nazir), Şotlandiya Milli Partiyasını təmsil edən Humza Yusaf partiya liderliyindən və müvafiq olaraq, baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə partiya katibini məlumatlandırıb.

Humza yeni partiya rəhbərinin seçilməsi üçün hazırlıqlara başlanmasını xahiş edib.

Xatırladaq ki, ölkədə siyasi böhran keçən həftə Yusafın Yaşıllarla koalisiya sazişindən çıxması ilə başlayıb. Bununla bağlı olaraq müxalifət partiyaları dərhal Şotlandiyanın nazirinə və hökumətinə etimad səsverməsi planlaşdırıb. Yusaf səsvermədən əvvəl istefa verməyə üstünlük verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putinin adına rayon salınır
17/04/2024 - 06:07