Gəncədə zəncirvari qəza oldu - Video

01/05/2024 - 07:42

Gəncə şəhərində üç avtomobilin toqquşması nəticəsində zəncirvari qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan “BMW”  markalı avtomobil yol kənarında dayanan “Wolsvagen” və “Mercedes” markalı avtomobillərlə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ