Havada toz müşahidə olunur

01/05/2024 - 09:35

Bakıda və Abşeron yarımadasının atmosfer havasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Qafqaz.Media saytına bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir”, - qurum rəsmisi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İmişlidə ev yandı - Video
13/05/2024 - 16:43