Sülhməramlıların növbəti qrupu Azərbaycanı tərk etdi - VİDEO

30/04/2024 - 12:42

Rusiya sülhməramlıları Qarabağda yerləşən müvəqqəti dislokasiya yerlərini tərk etməkdə davam edirlər.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məlumata görə, sülhməramlılar Laçın rayonundan keçərək Ermənistan ərazisinə daxil olublar.

Qeyd edək ki, bir neçə gündür davam edən prosesdə xeyli sayda hərbçi və zirehli texnika Azərbaycan ərazİsini tərk edib. Kremlin açıqladığı məlumata görə, may ayının sonuna qədər proses tam başa çatacaq.

“AzPolitika.info” 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ