Xalq artisti Hacı İsmayılovun 80 illiyi qeyd olunub

30/04/2024 - 09:36

Bakı Bələdiyyə Teaatrının bədii rəhbəri və direktoru Aynur Muxtarova, teatrın baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyorumuz, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər.
 

Qeyd edək ki, tədbir muzeyin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. 
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamladı və sevimli sənətkarımızı yubileyi münasibətilə təbrik etmiş, ardınca tədbirin qonaqlarından teatrşünas, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, rejissor, "Azərbaycantelefilm"in direktoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Həsənoğlu, rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri,Xalq artisti İlham Namiq Kamal, Xalq artistləri Cəfər Namiq Kamal, Həmidə Ömərova, Əli Nur, sənətsevər Vasif Ayan və aktyorun digər sənət dostları yubilyarla bağlı öz xatirələrindən danışıb, ürək sözlərini bölüşüblər. 
Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşalardan, bədii filmlərdən kəsilmiş fraqmentlər nümayiş olunub.  
Tədbirdə incəsənət xadimləri, aktyorun sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər. Tədbirin yekununda söz yubilyara verilib və sonda xatirə şəkilləri çəkilib.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Narınc yuxular
07/05/2024 - 10:10
Yıldız Tilbe qəzaya düşdü
04/05/2024 - 04:49