105 250 HƏRBÇİ, 3 026 TANK, 283 TƏYYARƏ, 268 HELİKOPTER... - Rusiyanın Ukraynada verdiyi itkilərlə bağlı son açıqlama

30/12/2022 - 10:37

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 105 250 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 026 tank, 6 059 zirehli maşın, 2 010 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 268 helikopter, 1 740 PUA, 711 qanadlı raket, 16 gəmi/qayıq, 4 683 avtomobil texnikası və avtosistern, 180 xüsusi texnikadan ibarətdir.