20 yaşlı qızı ilə su quyusunda boğulub ölən atanın - Fotosu

15/08/2024 - 14:08

 

 

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayon Moranlı kəndində ailə faciəsi yaşanıb. Kənd sakinləri 43 yaşlı Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ata və qızının meyitlərini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib. “Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, baş vermiş hadisənin təfərrüatı məlum olub. Belə ki, N.Məmmədova quyudan su çıxarmaq üçün istifadə edilən mühərriki qoşub, lakin quyunun içində olan qurğu işləmədiyi üçün onu silkələmək məcburiyyətində qalıb. Mühərrik anidən işə düşüb və gənc qız müvazinətini itirərək quyuya düşüb. Atası H.Məmmədov isə onu xilas etmək üçün su borusundan istifadə edərək quyuya enmək istəyib və bu zaman boru qırılıb. Nəticədə ata və qızı quyuda həyatlarını itiriblər. Qeyd edək ki, Nəsibə Məmmədovanın nişanlı olduğu bildirilir. Faciəvi hadisə nəticəsində ölən Həsənağa Məmmədovun fotosunu təqdim edirik:

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53