46 yaşlı musiqiçi toyda vəfat etdi - Yenilənib - Foto
09/12/2024 - 16:29
Masallıda 46 yaşlı musiqiçi qəflətən vəfat edib. Qafqaz.Medıa xəbər verir ki, Masallı şəhər 11 illik incəsənət məktəbinin səs-muğam müəllimi Mahmud Abbasov ötən gecə dünyasını dəyişib. Yaxınları onun qan təzyiqinin qəfil düşməsi nəticəsində vəfat etdiyini bildiriblər.
***
Modern.az-ın məlumatına görə, M.Abbasov Bakıda əmisi oğlunun toy məclisində iştirak edib. Toyda onun halı qəfil pisləşib və dünyasını dəyişib. O, doğulduğu Babaser kəndində torpağa tapşırılacaq.