ABŞ Türkiyəni Qəzzadan olan 500 min qaçqını qəbul etməyə razı salmağa çalışır? - İSRAİL MEDİASI

04/12/2023 - 10:51

Amerikalı konqresmenlər Qəzzadan olan qaçqınların qəbulu müqabilində Türkiyə və ərəb ölkələrinə maliyyə yardımı göstərəcək yeni planı nəzərdən keçirirlər.

Bu barədə “İsrail Hayom” açıqlama yayıb.

Qəzetin yazdığına görə, bu təklif hər iki tərəfin yüksək səviyyəli rəsmiləri tərəfindən dəstəklənir. Belə ki, ABŞ Qəzzadan müəyyən sayda qaçqını qəbul etmək şərti ilə Misir, İraq, Yəmən və Türkiyəyə yardım edəcək.

ABŞ Konqresinə təqdim edilən plan ictimai etirazın onun həyata keçirilməsinə mane ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən gizli qalır. Sənəddə qaçqınların Qəzzanı tərk etməsinə HƏMAS-ın mane olduğu, Misirin sərhədlərini açmaq istəmədiyi qeyd edilir. Müəlliflər Misirin Qəzzalı qaçqınların ölkəyə girişinə icazə verməli olduğunu iddia edərək, ABŞ-ın Misirə qaçqınlara dəstək üçün istifadə oluna biləcək əhəmiyyətli xarici yardım göstərəcəyini vurğulayırlar.

Plan qaçqınların Misir, Türkiyə, İraq və Yəmən arasında əhalinin sayına və ABŞ-dan aldıqları yardıma görə bölüşdürülməsini təklif edir. Misirin bir milyon, Türkiyənin yarım milyon, İraq və Yəmənin hər birindən 250 min qaçqın qəbul edəcəyi gözlənilir.