Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - Video

25/08/2024 - 10:40

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. “Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ