Avropa Parlamenti Ukraynaya 18 milyard avro kredit ayrılmasını dəstəklədi

24/11/2022 - 16:45

Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımı ayırması planını dəstəkləyiblər.

Bu barədə Avropa Parlamentinin saytı nda məlumat verilib.

Parlamentarilər hesab edirlər ki, bu məbləğ Ukraynanın əsas dövlət xidmətlərinin göstərilməsi və kritik infrastrukturun bərpası üçün aylıq ehtiyaclarının bir hissəsini ödəməyə kömək edəcək. Dəstək paketi gələn ilin əvvəlindən müntəzəm hissələrlə kreditlər şəklində veriləcək.