Azərbaycan güləşçisi Türkiyədə gümüş medal qazanıb

10/03/2024 - 13:16

Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev Antalyada keçirilən “Yaşar Doğu & Vehbi Emre” turnirində uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı gümüş medala sahib olub.

Yığmanın digər üzvləri - Zirəddin Bayramov, Murad Haqverdiyev (hər ikisi 65 kiloqram), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kiloqram) və Qadjimurad Maqomedsaidov (97 kiloqram) isə mükafatçılar siyahısına düşə bilməyiblər.

Yarışın sonuncu günündə - martın 10-da Ceyhun Allahverdiyev (61 kiloqram), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kiloqram), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kiloqram), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kiloqram) xalça üzərinə çıxacaqlar.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26