Azərbaycan I Liqasını tərk edəcək komanda bəlli oldu
Azərbaycan futbol çempionatında I Liqanı tərk edəcək komanda bəlli olub.
Modern.az xəbər verir ki, ötən gün 24-cü turda "Qaradağ Lökbatan"a uduzan (1:3) "Araz Saatlı"nın sonuncu yeri tutatacağı rəsmiləşib.
Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xalla 10-cu pillədə qərarlaşıb. 9-cu pillədəki "Difai Ağsu"nun isə 20 xalı var.
Dünən "İrəvan"a uduzan (1:3) MOİK-in isə çempionluq şansı bitib. Hazırda ordu klubunun 42, lider "Qaradağ Lökbatan"ın isə 52 xalı var. Mövsümün sonuna 3 tur qalmış "Qaradağ Lökbatan"ın çempionluq yolundakı əsas rəqibi "Şamaxı"dır. Bu komandalar mayın 16-da 26-cı turun oyununda üz-üzə gələcəklər. Ötən mövsüm Premyer Liqanı tərk edən "Şamaxı" hazırda 48 xalla 2-ci sıradadır.
3-cü pillədə qərarlaşan "İmişli"nin isə aktivində 46 xalı var.
Xatırladaq ki, reqlamentə görə I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada, yarışın sonuncusu isə II Liqada mübarizə aparmalıdır.