Azərbaycan İsraildə səfirlik açır - YENİLƏNİB

18/11/2022 - 12:54

Azərbaycanın İsraildə səfirliyi təsis edilir.

Qafqaz.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

***12:17

Azərbaycan İsraildə səfirlik açır.

Qafqaz.media xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsini müzakirə edəcəklər.