Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb

09/12/2024 - 17:54

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1597 ton qurudulmuş meyvə ixrac edib. “Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % çoxdur. 11 ay ərzində qurudulmuş meyvə ixracının ümumi dəyəri 5 milyon 137,2 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 17 % artım deməkdir. Məlumatda qeyd edilib ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft yenidən ucuzlaşdı
05/12/2024 - 10:08
Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46