Azərbaycanda 11 ayda 5.5 mln. ton neft emal edilib

11/12/2024 - 11:44

2024-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib. Bu barədə “APA-Economics”ə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib. 11 ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb. Neftin emalı 2024-cü ilin yanvar - noyabr aylarında 5,5 milyon ton təşkil edib. Qeyd edilib ki, cari ilin noyabr ayında respublika üzrə orta gündəlik neft hasilatı 80 771 ton təşkil edib. Bunun 65 885 tonu (486 min barel) xam neftin, 14 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft yenidən ucuzlaşdı
05/12/2024 - 10:08
Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46