Azərbaycanda bəzi rayonlarda yollar buz bağlayacaq

01/01/2023 - 10:31

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qafqaz.media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.