"Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır" - İSRAİL XİN

18/11/2022 - 16:25

Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır.

Qafqaz.media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, - bildirilib.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Qafqaz.media