Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək

13/05/2024 - 10:13

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirəcək.

    Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.

    Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1, magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat -2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini təşkil edəcək.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Metroda təşviş yaşandı
    27/11/2024 - 18:53
    Cəlilabadda zəlzələ oldu
    27/11/2024 - 17:55