Azərbaycanlı müxalifətçi Gürcüstana buraxılmadı – HEÇ BİR İZAHAT VERİLMİR

13/01/2023 - 10:44

“Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, jurnalist, keçmiş siyasi məhbus Seymur Həzi Gürcüstana buraxılmayıb”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın Apsny.ge saytı məlumat yayıb. Saytı yazır ki, o, bu barədə sosial şəbəkədə informasiya verib.

“Azərbaycan prezidenti İlham Əliyevi tənqid edən şəxs Sarp keçid məntəqəsində Türkiyə-Gürcüstan sərhədindən keçə bilməyib”, - deyə sayt əlavə edir.

Seymur Həzi “Azadlıq” radiosunun gürcü xidmətinə bildirib ki, ötən ilin sonunda Tbilisidə müalicə olunub, sonra siyasi görüşlər üçün Türkiyəyə gedib. Daha sonra isə Gürcüstana qayıda bilməyib - ona heç bir izahat verilmədən ölkəyə buraxılmayıb.

Seymur Həzi: Qanun layihəsi siyasi fəaliyyəti linç edən sənəddir

“Seymur Həzi güman edir ki, bu, Bakı və Tbilisinin razılaşdırılmış hərəkətidir, çünki Gürcüstan və Azərbaycan hakimiyyəti arasında çox sıx əlaqələr mövcuddur”, - deyə sayt yazır.

AXCP yetkilisi sosial şəbəkədə onu da yazır ki, “Aİ-yə üzv olmaq istəyən ölkə özünü belə aparmamalıdır”.

Gürcüstan hakimiyyəti hələlik məlumatı şərh etməyib. Bundan əvvəl rusiyalı müxalifətçilərə və jurnalistlərə ölkəyə giriş qadağan edilmişdi.

Qafqaz.media