Bakı şəhəri, 18 nömrəli məktəbdə “Qardaşlıq Körpüsü” adlı konsert proqramı keçiriləcək
Bugün,18 nömrəli, Mikayl Müşfiq adına orta məktəbin böyük zalında izdiham yaşanacaq.
"Qardaşlıq körpüsü" adlanan bu möhtəşəm konsertdə,Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş qonaqlar Azərbaycanın böyük sənət əsərlərini,musiqili-tamaşalaşdırılmış konsert proqramını gözəl istedadlı,dünya müsabiqələrinin qalibləri Milana Nəbiyeva, Davud Nəsirli, Nərmin Nərimanlı, Solmaz İsmayılzadə, Əhməd Məmmədov, Xədicə Rəşid, Nihad Yusifzadə, Dəniz, Raul, İbrahim, İsmayıl, İlkin, İnci, Hüseyn, İsa, Həsən, Elnarə,Denis Daniel,və digərlərinin ifasında eşidəcəklər. Konsertin aparıcısı Nübar Əbilidir.
Konsertdə qonaq qismində sənətkarlarımız da iştirak edəcəklər:Böyük rəqqasə, "Xalq Artisti" Cəmilə Bayramovanın
"Dəcəl qızlar"rəqs qrupu,Azərbaycanın gözəl avazlı,rəngli səs ifaçısı, "Xalq artisti" Gülyaz xanım Məmmədova və səsinin rəngi ilə sayılıb,seçilən gözəl ifaçı,"Xalq ulduzu" yarışmasının qaliblərindən Nicat Mənsimov gecəni daha da möhtəşəm edəcəklər.
P.S. Onu da qeyd edək ki, möhtəşəm konsertin təşkilatçısı türk dünyasının sevimli səsi "Əməkdar artist" Aybəniz xanım Haşımovadır.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media