Bakıda gənc oğlan bıçaqlanıb
25/09/2024 - 06:20
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Kənan Abdullayev qeyri-etik ifadə işlədildiyi üçün mübahisə edib. Bu mübahisə qanla bitib və nəticədə K.Abdullayev bıçaqlanıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.