Belarus Ukraynanı işğal etmək üçün 15 minə yaxın hərbçini hərəkətə gətirir – RƏSMİ AÇIQLAMA

24/11/2022 - 19:27

“Belarus hərbçilərinin mənəvi-psixoloji durumu zəifdir və onların əksəriyyəti Ukraynaya qarşı döyüşmək istəmir. Bununla belə, Rusiyanın Ukraynaya qarşı “xüsusi əməliyyat”ında iştirak edə biləcək 10-15 min adam var”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Aleksey Qromov bildirib.

Onun sözlərinə görə, Belarusun hərbi rəhbərliyi milli silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılması, o cümlədən Rusiya silahlı qüvvələrinin zabit qruplarının cəlb edilməsi ilə noyabrın 28-dək uzadılması barədə qərar qəbul edib. Bu sınaq may ayından həyata keçirilir.

Baş Qərargahın nümayəndəsi onu da bildirib ki, noyabrın 23-dən 28-dək Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsi mümkündür.

Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkələrdə Belarus xalqına ölkənin Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb olunmasının qarşısını almağa çağıran müraciət dərc edib.

"Biz sizin ərazinizdən silahlı təcavüzün heç bir təzahürünə cavab verməmişik. Üstəlik, biz Belarus ərazisində heç bir təcavüzkar hərəkət planlaşdırmırıq və həyata keçirmək niyyətində deyilik. Bu, Ukraynanın rəsmi mövqeyidir", - deyə müraciətdə bildirilir.

Qafqaz.media