Beynəlxalq təhlükəsizlikdə Vestfaliya Sülh müqaviləsinin rolu

31/12/2022 - 11:04

Günay Şirinova

BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi

Almaniyadan bütün Avropaya yayılan anti-Kilsə İslahat hərəkatının mübarizəyə çevrildiyi 30 illik müharibə, siyasi nəticələri baxımından beynəlxalq münasibətlər intizamının obyektivinə keçdi.Baxmayaraq ki, "Din Döyüşü" adlanırdı. Avropanı beynəlxalq münasibətlərin əsaslarının qoyulduğu Vestfaliya müqaviləsinə aparan proses otuz il, davam elədi. Otuz illik müharibənin müxtəlif dini və siyasi ölçüləri var idi. Müqəddəs Roma-German İmperiyası altında müxtəlif dillərdə olan xalqları birləşdirən dini faktorlar olsa da, imperiyanın bütövlüyü yeni yaranan təriqətlər tərəfindən sarsılmağa başladı .Bu kontekstdə başlayan Otuz İllik Müharibə İspan və Avstriya Habsburqları, İsveç, Danimarka və Fransa ilə bəzi Alman şəhər dövlətləri arasında beş böyük müharibəni əhatə etmiş və bu müharibələr Vestfaliya sülhü ilə sona çatmışdır. Müqavilə Habsburq elçilərinin bir araya gələrək onu imzalayan dövlət nümayəndəsi tərəfindən deyil, Fransa və İsveç tərəfindən ayrı-ayrılıqda imzaladıqları ikitərəfli müqavilələrin cəmidir. Avropada 1618-ci ildə başlayan və 30 illik müharibədən sonra əldə edilən sülh prosesidir. Bu proses 1648-ci ildə imzalanmış bir neçə müqaviləni özündə birləşdirən Vestfaliya Sülh Müqaviləsi adlandırıldı.Məqalədə Vestfaliya müqaviləsinə yer veriləcək.Müvavilənin səbəb nəticələrinin beynəlxalq münasibətlərdə yeri roluna diqqət veriləcək.Məqalədə Vestfaliya müqaviləsinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrə yer verililəcək.

***

Avropa diplomatiyası XVII əsrdə Avropa ölkələri və Türkiyə XVII əsr üçün feodal monarxiyası mərhələsinin ən yüksək fazasına daxil olmuşdu. Formalaşmış mütləq monarxiyalar konkret xarici siyasət strategiyasına və taktikasına malik olurdu ki, biz bunu hazırda dövlət marağı adlandırırıq. XVII əsr üçün Avropa dövlətinin marağı və bunu həyata keçirmək üçün vasitələr öz rəngarəngliyi ilə seçilirdi. Bir tərəfdən bu sahə ilə bağlı nəzəri hüquqi baza formalaşır, digər tərəfdən isə Avropa monarxları sülalə nigahlarının geniş tətbiq olunduğu şəraitdə bu maraqlar daxilində çıxış edirdilər.

Mövcud tədqiqatlarda 1618- 1648-ci illəri əhatə edən 30 illik müharibə 5 dövrə bölünür.

1.1618-1624-cü illər

2.1624-1628-ci illər

3.1628-1631-ci illər. (İtalyan dövrü)

4.1631-1635-ci ilər.

5.1648-ci ilə qədər.

Rişelyinin diplomatik ustalığı nəticəsində bütün Avropanın bir-birinə qarşı vuruşduğu dövrdə Fransa hərbi əməliyyatların iştirakçısı olmamış, öz siyasətini hərbi sahədə İsveç vasitəsilə həyata keçirirmişdi. Yalnız IV mərhələnin sonlarına doğru vəziyyət dəyişmiş, Fransa daha çox dividend götürmək üçün hadisələrə müdaxilə etməyə başlasa da, hərbi əməliyyatlara yalnız 1640-cı ildən etibarən qoşulmuşdu. Rişelye bir strateq kimi, Fransanın ətrafında yaranmış siyasi müvazinətin taleyinin parçalanmış alman knyazlıqları ilə bağlı olduğunu görürdü və buna görə də həmin parçalanmanın saxlanmasında ondan istifadə etdi. Otuz illik müharibə dövründən etibarən Rişelye Avropadakı siyasi vəziyyəti öyrənmiş və dəqiq müəyyən etmişdi. Rişelyenin İsveç kralı Qustav Adolfla siyasi ittifaqı təsadüfi olmamışdı.Müharibənin hər ili üçün Fransa İsveçə 1mln.livrə yaxın pul vermiş, üstəlik Hollandiyadakı silah emalatxanadan Fransa vasitəsilə alınmış silahlar İsveçə daşınmışdı. Müharibənin Rişelye dövrü diplomatik kombinasiyaların mürəkkəbliyi ilə xarakterizə olunurdu.Belə ki. Rişelyenin yeritdiyi siyasi xətt nəticəsində təkcə hərbi əməliyyatlardakı nəticələrmüəyyənləşmirdi.Habelə siyasi müvazinət üzərində bərqərar olacaq gələcək Avropa yaradılırdı.

Vestfaliya Sülh Müqaviləsi

Otuz illik müharibə hələ dini müharibə dövründə ərazi dəyişiklikləri ilə müəyyənləşən Avropanın siyasi xəritəsini cızmışdı.Məlum olduğu kimi, Frank imperiyasının yerində yaranmış dövlətlərin ikisi - Almaniya və İtaliya feodal parçalanmaları dövrünü yaşayırdı. Rişelyenin əsas məqsədi Prusiyanın Almaniyanı birləşdirmək siyasətini dəfn etməkdən ibarət olmuş və buna da nail olmuşdu.Müasir geosiyasətdə “Vestfaliya sistemiⅦ anlayışından geniş istifadə olunur. Haushoferdən - Frans Mandolfa qədər siyasi realism nəzəriyyəçilərinə görə, Vestfaliya sistemi müasir dünya qaydasının beşiyi başında durur. 1644-cü ilin iyulundan etibarən başlanmış danışıqlar - Vestfaliya müqaviləsi iki müqavilədən ibarətdir. 1644-cü ildən 1648-ci ilə qədər davam etmiş danışıqlar nəticəsində Osna Bruyk və Vestminister şəhərlərində III Ferdinandla onun rəqibləri arasında iki müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, Prussiya bir sıra ərazilərdən imtina edir,Fransa dini müharibələr dövründə əldə etdiyi şəhərlərlə yanaşı Almaniyanın qərb ərazilərindəki yeni torpaqlara sahiblənir, Şərqi və Qərbi Pomeraniyanın bir sıra ərazilərini ələ keçirir, bununla da Avropanın şimalında bütün su yollarına nəzarət etdirdi. Fransa Strasburqla yanaşı, Mets, Tul, Verden qalalarını tutdu ki,    

bununlada Lotaringiyada həmişəlik möhkəmləndi.Vestfaliya sisteminin qurulması Vyana konqresi çağırılana qədər beynəlxalq münasibətlərdə başlıca qayda hesab olunurdu. Vestfaliya sistemi 3 dəfə-Vyana konqresi dövründə, 1918-20-ci il Versal sistemi dövründə və Yalta sisteminə uyğun dəyişmişdi.XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı dəyişmişdi. Sülh haqqında danışıqlar Vestfaliya əyalətinin tarixi ərazilərində: Müntser katolik yepiskopluğunda və Osnabryuk protestant yepiskopluğunda keçirilirdi. Müqəddəs Roma imperiyası tərəflər arasında bərabər prinsiplərin təmin edilməsi məqsədilə sülh danışıqlarının şərtlərinin müzakirəsini protestant dövlətlər və İsveşlə Osnabryuk yepiskopluğunda, katolik dövlətlər və Fransa ilə Müntser yepiskopluğunda aparırdı.

Vestfaliya sülhü — Vikipediya

Vestfaliya sülhünün bağlanması ilə Müqəddəs Roma imperiyasında Otuzillik müharibə bitdi. Bəzən Vestfaliya sülhünə İspaniya ilə Birləşmiş Niderland Əyalətləri arasında, Səksənillik müharibəni bitirən 1648-ci il 30 yanvar sülh müqaviləsini də aid edirlər. Bununla belə Hollandiya ilə İspaniya arasındakı döyüş əməliyatlarını Otuzillik həm də Səksənillik müharibənin hissəsi hesab edirlər. Vestfaliya sülhü ilk müasir diplomatik konqresin nəticəsi hesab olunur. O, Avropada milli suverenitet konsepsiyaya əsaslanan yeni qaydaların başlanğıcı oldu. Razılaşma Müqəddəs Roma imperiyası, İspaniya, Fransa, İsveç, Niderland və Müqəddəs Roma imperiyası knyazları timsalında onların müttəfiqlərinə aid idi. 1806-cı ilə qədər Osnabrük və Münster sazişləri normaları Müqəddəs Roma imperiyasının konstitusion qanununun bir hissəsi hesab olunurdu. Bəzən 1659–cu ildə imzalanan və Fransa ilə İspaniya arasında müharibəyə son qoyan Pireney sülhü də “ümumi həmrəyliyin” son mərhələsi hesab olunur. Üç illik danışıqlardan sonra oktyabr 1648–ci ildə Otuzillik müharibəyə (1618–1648) son qoyan “Vestfaliya sülhü” bağlandı. Bu müharibədə katolik və protestan knyazları rəqib idi. Birinciləri İspaniya, Avstriya və Polşa, ikinciləri Fransa, İsveç, Danimarka, Niderland, Böyük Britaniya və Rusiya dəstəklədi.Konqres iştirakçısı olan ölkələrin hər biri öz məqsədlərini güdürdü: Fransa Elzas və Brayzax ərazilərinə yiyələnmək, Mets, Tul və Verden yepiskopluqları üzərində öz hüquqlarının tanınmasına cəhd göstərirdi. İsveç Pomeraniyanı, Sileziyanı və həmçinin Vismarı, Bremen, Ferden yepiskopluqlarını və ordunun buraxılması üçün pul tələb edirdi. Müqəddəs Roma imperiyası Pinerolo qalasına iddialı idi. Vesfaliya sülhü iki müqavilədən ibarətdir – (Müqəddəs Roma imperiyası ilə İsveç arasında bağlanan) Osnabrük və (Müqəddəs Roma imperiyası ilə Fransa və onun müttəfiqləri arasında bağlanan) Münster razılaşmaları. Bu müqvilədə ilk dəfə Rusiyanın Avropa dövlətləri sırasında Moskoviya kimi adı keçir. Vestfaliya sülhü İsveç və Niderlanda öz müstəqilliyini qorumaq imkanı verdi, ancaq Almaniyanın taleyində mənfi rol oynadı. Onun ərazisinin bir hissəsinin İsveç və Fransaya keçməsindən başqa, ölkədə uzun müddətə yarımfeodal pərakəndəlik bərqərar oldu.

Vestfaliya sülh  müqaviləsinin nəticələri

Vestfaliya müqaviləsinə, yəni “Otuz illik müharibəyə” səbəb olan müharibə bəzi səbəblərdən yaranmışdır. Bu səbəblərin müxtəlif siyasi və dini ölçüləri var. Müqəddəs Roma-Almaniya İmperiyasının himayəsi altında müxtəlif dillərdə ünsiyyət quran insanları bir araya gətirən dini faktorlar olsa da, ortaya çıxan müxtəlif məzhəblər sayəsində imperiyanın gücü sarsılmağa başladı. Bunun nəticəsində ortaya çıxan Otuz İllik Müharibə İsveç, Fransa, İspaniya, Avstriya, Danimarka, Almaniya və Habsburq ölkələri arasında cəmi 5 fərqli müharibədən ibarətdir.

Otuzillik müharibə — Vikipediya

Bu 5 böyük müharibə Vestfaliya müqaviləsi ilə başa çatdı.Vestfaliya müqaviləsində qəbul edilən əsas qərarlar və nəticələr bütün ölkələrə təsir etdi. Qəbul edilən qərarlardan biri də 1555-ci ildə qəbul edilmiş Auqsburq sülhünü bütün ölkələrin yenidən qəbul etməsidir.Müharibələr başa çatdıqdan sonra ticarət sərhədləri və ticarət gücləndi və Reyn üzərində sərbəst naviqasiya bir qədər təmin edildi.“Otuz illik müharibə” 24 noyabr 1648-ci ildə Vestfaliya müqaviləsi ilə başa çatdı. Bu müqavilə prosesi başa çatdıqdan sonra İspaniya ilə Fransa arasında müharibə qaldığı yerdən davam etdi. İspaniya ilə Fransa arasında sülhdən sonra hələ də davam edən bu müharibə 1659-cu ilə qədər davam etdi. Bu müharibənin davam etdirilməsində ilk addımı atan tərəf Fransa oldu. Buna səbəb XIV. Louis (Luis) öz vəzifələrini kardinal Mazarinə təhvil verməli oldu. Kardinal Mazarin də əmin idi ki, Fransa İspaniyanı tamamilə məhv etmədən rahat yaşaya bilməz.Bu səbəbdən Vestfaliya (Vestfaliya) sülhü başa çatan kimi İspaniyaya yenidən müharibə elan etdi. Bu müharibə 1659-cu ildə Fransa ilə İspaniya arasında imzalanan Pireney (Piyren) müqaviləsi ilə başa çatdı. Bundan əlavə, Vestfaliyanın (Vestfaliya) bu sülhü sayəsində İspaniyanın bəzi arzuları puç oldu. Bu arzular hərbi üstünlüyü sayəsində yenidən böyük bir imperiya qurmaqdır. Bir çox ölkələrə yaxşı və ya pis təsir edən bu Vestfaliya müqaviləsi Almaniyaya da təsir etdi. Vestfaliya almanların tarixində bir dövrə son qoydu və eyni zamanda İsveç, Fransa, Danimarka kimi müxtəlif ölkələrin almanların ərazisində yerləşdiyi yepyeni bir mühitə çevrildi.

Otuz illik müharibə bitəndə asayişi bərpa etmək üçün keçirilən konfrans Avropada ilk böyük konfrans hesab olunur. Əvvəlki beynəlxalq konfranslar dini xarakter daşıdığı halda, Vestfaliya Sülhündə iştirak edən ölkələr dinin təsiri altına düşmədən müharibə və güc problemlərini müzakirə edir və buna uyğun qərarlar verirdilər. Konfransda papa nümayəndələrinin söz sahibi olmamış, müqavilə məktubları dövrün papası tərəfindən imzalanmamış, beləliklə də kilsənin və dinin siyasətdəki çəkisi və gücü məhdudlaşmışdır. Vestfaliya müqaviləsində 1555-ci ildə Auqsburq sülhündə qəbul edilən qərarlar yeniləndi və Almaniyada protestant, katolik və kalvinizm məqbul məzhəblərə çevrildi. Müqəddəs Roma İmperiyasının parçalanması və dağılması beynəlxalq siyasət tərəfindən də təsdiqləndi və qəbul edildi.Otuz İllik Müharibə sona çatdıqda Fransa ölkəsi Avropa siyasətində alınacaq qərarları yönləndirən ölkə oldu, İngiltərə ölkəsi isə daha güclü bir ölkə olaraq Avropa siyasətində söz sahibi olmağa başladı.Avropa ölkələrinin bəziləri öz ərazilərini genişləndirərkən, xüsusən də Almaniyada tənəzzül, bəziləri isə daxili qarışıqlıq başladı. Portuqaliya, Hollandiya və İsveçrə müstəqilliklərini elan etdilər. Müqəddəs Roma İmperiyanın Avropanı yalnız bir imperiyada birləşdirməyə çalışması siyasəti baş tutmadı və onun yerini “balans siyasəti” adlı bir növ siyasət aldı.Avropada dini amillərin yerini müasir faktorlar tutdu və müasir dövlət hüququ beynəlxalq hissədə rol oynamağa başladı. Onu ümumbəşəri imperiyaların əvəzinə milli krallıqlara və milli dövlətlərə buraxdı.Vestfaliya müqaviləsinin nəticələrindən biri də ölkələr arasında qəbul edilən qərarların dinin təsirinə məruz qalmadan qərar və qəbul edilməsidir. Bu qərar dünya siyasəti üçün çox mühüm qərar olub. Çünki qədim zamanlarda din xadimləri və məmurlar dindən öz maraqları üçün istifadə edir, insanlara din haqqında yalan məlumatlar verirdilər. Bu qərar sayəsində indi bu problem xeyli azalıb. Bu, din və siyasət baxımından dünya üçün çox faydalı bir qərar oldu.

Vestfaliya sülh  müqaviləsindən sonra beynəlxalq münasibətlərin kəskinləşməsi

Otuz illik müharibə- Fransa mərhələsi və Vestfaliya sülhü - Kafkazh

Dünyanın siyasi aləmi və beynəlxalq münasibətlər sistemi XX əsrin əvvəllərində özünün ən gərgin günlərini yaşayırdı. Müstəmləkələr uğrunda mübarizə Avropanın aparıcı dövlətləri olan Böyük Britaniya, Fransa, Almaniya, İtaliya arasındakı ziddiyyətləri son həddə çatdırmışdı. Bu mübarizə dolayısı ilə olsa da, o dövr üçün digər böyük dövlətləri - ABŞ, Rusiya imperiyası, Yaponiya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və başqalarını da əhatə etmişdi. Həmin dövrdə dünya sivilizasiyasının bütövlükdə inkişafı və ayrı-ayrı ölkələrin bu prosesdəki rolu bilavasitə cərəyan edən beynəlxalq münasibətlərdən, dövlətlərarası əlaqələrdən asılı idi. O dövrün böyük dövlətləri ya öz aralarında razılığa gəlib sivilizasiyanın inkişafına qarşılıqlı töhfələrini verməli, deməli, vahid bir beynəlxalq qayda çərçivəsində sonrakı addımlarını nizamlamalı, ya da ki, yeni dünya qarşıdurması qaçılmaz idi. Bu da öz növbəsində dünya sivilizasiyası üçün ciddi təhlükə və fəlakət vəd edirdi. Çünki XIX əsr ərzində dünyada cərəyan edən hadisələrdə əsas rol demək olar ki, bütövlükdə Avropanın İngiltərə, Fransa, Hollandiya, Portuqaliya, Osmanlı imperiyası kimi bir neçə ölkəsinə məxsus idisə, XX əsrdə bu proseslərə Yaponiya, Çin, Rusiya, ABŞ, Almaniya, İtaliya və b. dövlətlər də qoşulurlar. Maraqların kəsişməsi və dünya qarşıdurması meyli gün-gündən açıq-aşkar özünü göstərirdi.Əsrin əvvəllərindən başlayaraq, beynəlxalq münasibətlər sistemi bir qədər də təkmilləşmiş, dövlətlər arasında siyasi, iqtisadi, dini və mədəni əlaqələr intensivləşmişdi. Dünya siyasətini müəyyən edən böyük dövlətlərin etno-demoqrafik tərkibi müstəmləkə xalqlarının hesabına mürəkkəbləşmiş, əhalisinin milli, dini və sosial quruluşu dəyişmişdi. Ərazisinə görə dünyanın ən böyük müstəmləkə dövləti İngiltərə idi. Bu ölkədə XV əsrdən başlayaraq kapitalist münasibətlərinin inkişafı və mərkəzləşmiş dövlətin yaradılması, 1642-1649-cu illərdə baş verən burjua inqilabı və sonrakı inkişaf İngiltərəni o dövrün ən güclü və qüdrətli dövlətinə çevirmişdi. Dünya dənizlərində tam hökmranlıq əldə edən İngiltərə ən çox müstəmləkə ələ keçirə bilmişdi. Hindistan, Avstraliya, Kanada, Yeni Zelandiya, İrlandiya və b. müstəmləkələrə sahib olan bu ölkə özünün 37 milyon əhalisi ilə 500 milyondan çox müstəmləkə əhalisini idarə edirdi.Ərazisinə görə ikinci imperiya Rusiya idi. Yer kürəsinin quru ərazisinin 6/1-i bu imperiyanın tərkibində olsa da, əhalisi yer kürəsi əhalisinin cəmi 8%-ni təşkil edirdi.Rusiya imperiyasının tərkibinə Avropa Rusiyası, Polşa çarlığı, Finlandiya knyazlığı, Qafqaz diyarı, Sibir, Orta Asiya vilayətləri daxil idi.Avropada İngiltərədən sonra ən güclü dövlət Fransa idi.XX əsrin əvvəllərində bu ölkənin müstəmləkə ərazilərinə Qabon, Konqo, Madaqaskar, Seneqal, Çad, Əlcəzair, Fransa Polineziyası daxil idi.Milli birliyin və mərkəzləşmiş milli dövlət maraqlarının formalaşması baxımından Almaniya və İtaliya bir qədər geridə qalsalar da, XIX əsrin sonu və XX əsrin əvvəllərində bu ölkələr də “günəş altında yer” axtarmaq iddialarını açıq-aşkar nümayiş etdirməyə başlamışdılar. Bu da müvafiq olaraq onların İngiltərə və Fransa ilə gələcək toqquşmalarını şərtləndirirdi.əsrin əvvəllərindən başlayaraq, getdikcə Avropa və dünya miqyasına daha tez-tez müdaxilə edən yeni bir güclü dövlət də meydana çıxır ki, bu da ABŞ idi. Bu dövlət sürətlə dünya siyasətinin güclü və nəhəng faktoruna çevrilməyə başlayır və tədricən öz məxsusi maraqlarını ortaya qoyur.XX əsrin əvvəllərində dünyanın sənaye, iqtisadi, mədəni, elmi-texniki inkişafının əsas mərkəzləri və hərəkətverici qüvvələri İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya, Yaponiya və ABŞ kimi böyük dövlətlər idi. Məhz elə bu dövrdə dünyada dövlətlərarası təbəqələşmə - varlı və yoxsul dövlətlərə ayrılma prosesi sürətlənir. Ən güclü dövlətlər artıq dünyanın geniş ərazilərini işğal edərək, özünün müstəmləkəsinə çevirmiş, təbii sərvətlərə və əmək resurslarına sahib çıxmışdılar. Əslində dövlətlərin iqtisadi gücü və milli gəliri də malik olduğu ərazilərlə bilavasitə bağlı idi. Odur ki, istənilən dövlətin yeni ərazi iddiası dərhal başqa dövlətlə konfliktə səbəb olurdu və müvafiq olaraq hərbi toqquşma yaradırdı. Dövlətlərin iqtisadi gücü XX əsrin əvvəllərində, ilk növbədə, nə qədər qızıl, gümüş, kömür, metal və neft əldə etmələri ilə ölçülürdü. XIX əsrin sonunda (1898) ilk belə toqquşmalar İspaniya- ABŞ arasında Karib hövzəsi uğrunda, bir il sonra isə Cənubi Afrikanın qızıl yataqları uğrunda İngilis-Bur müharibəsində baş vermişdir. Artıq imperiya iddiaları və yeni-yeni müstəmləkələr ələ keçirmək istəyi elə bir həddə çatmışdı ki, Vestfal sistemi dövlətlərarası münasibətləri tənzimləmək gücündə deyildi. İqtisadi maraqlar bütün sədləri, siyasi və diplomatik amilləri kölgədə qoymuşdu. Bu dövrdə İngiltərə və Rusiya arasında Orta Asiya, Qafqaz, İran körfəzi, Balkanlar, Uzaq Şərq və Qara dəniz hövzəsi, Almaniya, Fransa və İngiltərə arasında Baltik dənizi ətrafı, Şərqi və Mərkəzi Avropa, Aralıq dənizi, ABŞ-Rusiya və İngiltərə arasında Uzaq Şərq, Sakit okean və Asiya, ABŞ-İspaniya arasında Karib hövzəsi, Filippin, Rusiya və Yaponiya arasında Uzaq Şərq və digər ərazilər, maraq dairələri uğrunda ciddi mübarizə gedirdi. Bu dövlətlərin hər biri digər dövlətlərlə gizli danışıqlar aparır və gizli müqavilələr bağlayır, öz rəqiblərini zəiflətmək və sıxışdırmaq üçün manevrlər edirdilər. 20 əsrin əvvəlində Avropanın aparıcı dövlətləri artıq açıq-aşkar bir-birinə qarşı müharibəyə hazırlaşmağa və hərbi bloklar yaratmağa başlayırlar. Rusiya, Fransa və İngiltərə bir tərəfdə, Almaniya, Avstriya və İtaliya digər tərəfdə öz hərbi və iqtisadi güclərini birləşdirməyə can atırdılar. Asiya, Sakit okean hövzəsi və Uzaq Şərq məsələləri ilə bağlı maraqlar dairəsində ABŞ və Yaponiya da yaranmış bloklarla bu və ya digər danışıqlara müdaxilə edirdi. Avropada, Asiyada və Sakit okean hövzəsində zəifləyən dövlətlərin müstəmləkələrini məhz bu dövlətlər yavaş-yavaş öz təsir dairələrinə salırdılar. Məsələn, o dövrdə zəifləyən və öz müstəmləkələrini idarə edə bilməyən İspaniyanın nəzarətində olan Filippini, Karib hövzəsini, Kaqayan, Zulu və Sibutunu ABŞ, Karolin, Marian və Palau adalarını Almaniya ələ keçirir.Göründüyü kimi, XX əsr beynəlxalq münasibətlərin qloballaşması, xalqlar və dövlətlər arasındakı əlaqələrin, qarşılıqlı asılılığın artması ilə xarakterizə olunur. Böyük dövlətlər artıq öz xarici siyasətlərini həyata keçirərkən, mütləq qonşu və ətraf dövlətlərin mövqeyini nəzərə almaqla, dünyanın istənilən bölgəsində, o cümlədən öz müstəmləkələri hesab olunan ərazilərdəki fəaliyyətlərini razılaşdırmağa məcbur idilər. əsrin əvvəllərində dövlətlər arasında getdikcə kəskinləşən maraqlar mübarizəsi elə həddə çatır ki, artıq Vestfal sistemi bu gərginliyi nizama sala bilmir və yeni bir kollektiv qarşıdurmanın, bloklararası müharibənin başlanmasını qaçılmaz edirdi. Birinci dünya müharibəsinin başlanması əslində beynəlxalq münasibətlərin 260 ildən artıq mövcud olmuş, 1815-ci ildə Vyana sazişi ilə bəzi dəyişikliklərə məruz qalmış Vestfal sisteminə son qoydu. Birinci dünya müharibəsi ərəfəsində Avropada dövlətlərarası münasibətlər həddən artıq gərginləşmişdi.

Nəticə

Tarixçilər arasında Vestfaliya sülhünə müxtəlif münasibət var. Bəziləri hesab edir ki, Bu sülh, əsas prinsipləri: bərabər hüquqlu dövlətlər, problemlərin sülh yolu ilə həll edilməsi öhdəlikləri, birgə asayişi saxlamaq ideyası; suverenitet anlayışı meydana gəlməsi, olan müasir beynəlxalq hüququn əsassını qoydu. Başqaları hesab edir ki, Vestfaliya sülhü beynəlxalq münasibətlərin köhnə iyerarxik qaydalarını dağıdaraq, əvəzində qayda qanunu saxlamaq üçün əməli mexanizm yarada bilmədi.Vestifaliya müqaviləsinin nəticəsi olaraq, müqavilənin bağlanmasından sonra bütün dövlətlər öz təhlükəsizliyini qorumaq üçün nizami ordu qurdular.

Açar sözlər: İmperiyalar, Otuz illik müharibə,Vestfaliya.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ