Biləsuvarda qazilərlə görüş keçirilib
Görüşdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qaziləri salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb.
İcra başçısı Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, adlarının tarixə əbədi həkk olunduğunu bildirib. Şəhid ailələrinin və qazilərimizin dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu, onların sosial problemlərinin həlli məqsədilə müvafiq dövlət siyasətinin həyata keçirildiyini qeyd edib.
Görüşdə iştirak edən qazilər keçdikləri döyüş yolundan söz açıb, xatirələrini bölüşüblər.
Sonra qazilərin müraciət və təklifləri dinlənilib, onların qarşılaşdığı məsələlər müzakirə olunub.
Görüşdə iştirak edən qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media