Britaniya Ukraynaya "Sea King" helikopterləri verəcək

23/11/2022 - 11:30

"Britaniya hökuməti Kiyevə üç "Sea King" helikopterini vermək niyyətindədir".

Bu barədə "The Times" nəşri məlumat yayıb.

Bu, Böyük Britaniyanın Ukraynaya pilotlu helikopterlər də daxil olmaqla ilk çatdırılması olacaq. Helikopterlər 10 min artilleriya mərmisinin daxil olacağı yeni yardım paketinin bir hissəsi olacaq.

Qeyd olunur ki, helikopterlərdən biri artıq Ukraynadadır.

Məqalədə həmçinin deyilir ki, 2018-ci ildə Kral Hərbi Dəniz Qüvvələri tərəfindən istefaya buraxılmış pilotlar tərəfindən on Ukrayna ekipajı altı həftəlik təlim proqramını başa vurub.