Britaniyanın Ukraynaya verdiyi “Sea King” helikopterləri haqda nə məlumdur? – TEXNİKİ GÖSTƏRİCİLƏRİ

23/11/2022 - 15:57

Bu gün Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya “Sea King” helikopterlərin ilk partiyasının təhvil verildiyini açıqladı.

Qafqaz.media xəbər verir ki, bu, Britaniya tərəfindən Rusiya işğalı başlayandan bəri ilk helikoper tədarüküdür. Söhbət “Westland WS-61” modifikasiyasında olan “Sea King” helikopterlərindən gedir.

“Sea King” 20-ci əsrin ikinci yarısında ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün hazırlanmış nəqliyyat helikopteridir. Onlar Böyük Britaniyada “Westland” tərəfindən Amerikanın “Sikorsky” lisenziyası əsasında istehsal edilib və əsasən sualtı qayıqlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.

Britaniya versiyası Amerika versiyasından əhəmiyyətli dərəcədə fərqlənir, xüsuilə də “Rolls-Royce” mühərrikləri və tam kompüterləşdirilmiş uçuş idarəetmə sistemi ilə.

Helikopter həmçinin Kral Hərbi Hava Qüvvələri və Kral Dəniz Qüvvələri tərəfindən qoşunların daşınması üçün istifadə edilib və dənizdə hava kəşfiyyatı üçün uyğunlaşdırılıb.

Westland WS-61 Sea KingWestland WS-61 Sea KingWestland WS-61 Sea KingWestland WS-61 Sea King

“Sea King” helikopterləri, Pakistan da daxil olmaqla, bir çox ölkənin ordularında istifadə olunur. Onlar ən yaxşı axtarış-xilasetmə helikopteri kimi tanınır. Bu texnika Körfəz müharibəsində, eləcə də Bosniya, İraq və Əfqanıstandakı münaqişələrdə özünü doğruldub.

Bu helikopter modeli 20-dən çox ölkədə, o cümlədən ABŞ, Böyük Britaniya, Avstraliya, Yaponiya, Norveç və s. ölkələrdə mövcuddur.

Qafqaz.media