"Bu məlumatı qəti surətdə təkzib edirik" - MÜDAFİƏ NAZİRLİYİ

21/11/2022 - 09:40

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

Qafqaz.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Qafqaz.media