Bu səhvləri həmişə edirik: tərəvəz və meyvələrin ömrünü qısaldan yanlışlıq

18/04/2024 - 05:25

Bazardan aldığımız təzə tərəvəz və meyvələri evdə səhv şəraitdə saxladığımız üçün tez müddətdə yararsız hala düşür. Bəs onların təravətini daha uzun müddət saxlamaq üçün nələrə diqqət edilməlidir?

Publika.az xəbər verir ki, tərəvəz və meyvələri eyni rəfdə yerləşdirmək böyük səhvdir. Çünki bir çox meyvələrdə etilen qazı əmələ gəlir ki, bu da tərəvəzlərdə yetişmə hormonu effekti yaradaraq onların təravətinin daha qısa müddətdə itirməsinə səbəb olur.

Tərəvəzləri qoyduğunuz polietilen torbalarda deşik açmalı və ya tərəvəzləri tor torbalarda saxlamalısınız. Hamısını dar yerdə sıx saxlamaq da tərəvəzlərin tez xarab olmasına səbəb olur.

Meyvə və tərəvəzləri soyuducunun ən soyuq yerində saxlayın. İstidə saxladığınız tərəvəz və meyvələr öz ətrini və təravətini itirəcək.

Eyni zamanda tərəvəz və meyvələrin yuyularaq saxlanılması da böyük səhvdir. Mütəxəssislər vurğulayırlar ki, bu məhsulları yeyəcəyiniz zamana qədər yumayın. Çünki rütubət bakteriyaların böyüməsini sürətləndirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53