Çexiya Rusiya vətəndaşlarına viza rejimi tətbiq etdi

22/11/2022 - 21:05

Çexiya Rusiya vətəndaşlarına hava limanlarından tranzit keçmək üçün viza almaq öhdəliyi qoyub.

Qafqaz.media TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

Məlumata görə, noyabrın 21-dən etibarən ruslar üçün viza almaq öhdəliyi tətbiq edilib.

Qeyd olunub ki, bu tələb Şengen vizası sahiblərinə şamil edilmir.