Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
03/05/2024 - 13:02
Xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə APA-ya XİN-dən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 may tarixlərində Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.