Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib

14/12/2024 - 07:36

Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib. APA xəbər verir ki, “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb. Bu rəqəm bir həftə əvvəlki sorğunun nəticəsindən (16 faiz) bir qədər az olmalqa yanaşı, Yun Sok Yolun prezident vəzifəsinin icrasına başlamasından bəri ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin 75 faizi prezidentin impiçmentini dəstəklədiyini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Nazarbayevlə görüşüb
14/12/2024 - 09:31
Tramp ilin adamı elan olundu
12/12/2024 - 17:07