Cənubi Koreyanın hakim partiyasının lideri prezidentin vəzifəsindən uzaqlaşdırılmasını istəyib
06/12/2024 - 07:08
Cənubi Koreyanın hakim partiyasının lideri ölkə prezidentinin vəzifəsindən uzaqlaşdırılmasını istəyib. APA xəbər verir ki, Cənubi Koreyanın hakim partiyasının lideri Han Dong Hun, "Koreya Respublikasını və onun xalqını qorumaq" üçün ölkə prezidenti Yun Sok-Yölün tez bir zamanda vəzifəsindən uzaqlaşdırılmasına çağırıb. Qeyd olunur ki, siyasətçi belə bir bəyanatla Ali Şuranın fövqəladə iclasında çıxış edib.