Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

25/11/2024 - 10:19

Noyabrın 25-i saat 09:00-a olan faktiki hava açıqlanıb. APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Əvvəlcədən xəbər verildiyi kimi sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23 m/s, Şahdağda 20 m/s, Balakən, Qobustan, Şabranda 18 m/s-dək güclənib. Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ