Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib

14/08/2024 - 14:41

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi xilasedicilərin iştirakı ilə 2024-cü ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib. APA FHN-ə istinadən xəbər verir ki, təlim zamanı şəxsi heyətin dağlıq və çətin keçilən ərazilərdə axtarış-xilasetmə işlərinin aparılması zamanı hazırlıq səviyyəsi yoxlanılıb, müxtəlif əməliyyatlar simulyasiya edilib. Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilibDağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilibDağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilibDağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53