DATÜB-ün Baş katibi və Ukrayna təmsilçisi Türkiyə Miqrasiya İdarəsinin rəhbəri Savaş Ünlü ilə görüşüb

25/11/2022 - 17:16

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş katibi Fuat Uçar, DATÜB-ün Ukrayna nümayəndəsi Marat Rəsulov Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin rəhbəri Dr. Savaş Ünlü ilə görüşüb.

Qafqaz.media DATÜB-ün mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 noyabr 2022-ci il tarixində baş tutan görüşdə Miqrasiya İdarəsinin Xarici vətəndaşlar üzrə şöbəsinin rəhbəri Gözde Özkorul və Beynəlxalq Müdafiə şöbəsinin rəhbəri Muhammet Selami Yazıcı da iştirak edib.

Görüş zamanı DATÜB Başaqnı Ziyəddin Kassanovun salamlarını çatdıran Baş katib Fuat Uçar, Ukraynadan təxliyyə edilən Axısxa Türklərinin Türkiyədə qeydə alınmaları zamanı göstərdiyi dəstəyə görə Miqrasiya İdarəsinin rəisi Savaş Ünlüyə təşəkkür edib.

Miqrasiya idarəsinin rəhbəri ilə görüşdə aşağıdakı mövzular müzakirə olunub:

- Çaplinka və Xerson bölgəsində qalan 800-1000 nəfərin Türkiyəyə gətirilməsi və yaşayış yerlərinin müəyyənləşdirilməsi;

- Ukraynadan şəxsi maşınları ilə gələnlərin vəziyyəti;

- Türkiyədə yaşayan, Türkiyə vətəndaşı olan və maddi cəhətdən aztəminatlı Axısxa Türklərinin problemləri ilə bağlı TOKİ ilə görüş;

- Əvvəlki köçürmə zamanı siyahıdan kənarda qalan 43 ailənin yeni köçürülənlərin siyahısına əlavə edilməsi;

- Əvvəllər ərizə ilə müraciət etmiş, lakin uzun müddət adları müstəsna vətəndaşlıq siyahısında olmayanlarla əlaqədar fəaliyyət;

- Mal varlıqlarını satmaq üçün Ukraynaya gedib, daha sonra geri qayıdanların Beynəlxalq Mühafizə Statusunun ləğv edilməməsi;

- Miqrantlar üçün Ahlatda tikiləcək min mənzilli evin son vəziyyəti ilə bağlı məsləhətləşmələr;

Miqrasiya idarəsinin rəhbəri Dr. Savaş Ünlü müzakirə olunan məsələlərlə bağlı lazımi araşdırmaların aparılacağını bildirib və aidiyyəti qurumlara tapşırıqlarını verib.

DATÜB rəhbərliyi gərgin iş qrafikinə baxmayaraq, onları qəbul etməyə vaxt ayıran Savaş Ünlüyə təşəkkür edib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12