“Dnepr çayının sol sahilindəki rus qoşunları taqətdən düşüb” – “Həmin ərazini də tərk etmək istəyirlər”

18/11/2022 - 12:14

Dnepr çayının sol sahilindəki rus qoşunları taqətdən düşmüş və əhval-ruhiyyələri aşağı vəziyyətdədirlər. İşğalçılar birbaşa yerli sakinlərdən Ukrayna silahlı qüvvələrinin nə vaxt gələcəyini soruşurlar.

Bunu ukraynalı siyasi şərhçi Sergey Danilov “Espresso”-nun efirində deyib.

“Bu yaxınlarda işğal altındakı Dnepr çayının sol sahilində olan tanışlarımla danışdım. Onlar qeyd edirlər ki, bu ərazidəki rus hərbçilərin mənəvi-psixoloji durumu çox aşağıdır.

Onlar döyüşmək istəmirlər və yerli sakinlərdən qorxurlar. Hətta birbaşa yerli sakinlərdən Ukrayna Silahlı Qüvvələrinin artıq bu əraziyə nə vaxt gələcəklərini soruşurlar. Rus hərbçilər həmin ərazini tərk etmək istəyirlər”- deyə, Danilov bildirib.

Ekspert vurğulayıb ki, Kreml hələ də Ukrayna üzərində qələbə qazanacağına inanır: “Putin Ukraynanı məhv etmək fikrindən geri çəkilmir. O, öz ordusunun məğlubiyyətinə inanmaq istəmir. Ona görə də Qərb analitiklərinin Putinin Ukrayna üzərində qələbəyə inanmaqda davam etməsi ilə bağlı proqnozları tamamilə doğrudur. Heç nə dəyişməyib. Rusiya Ukraynaya hücum etməkdə davam edir”./azpolitika.info