Dünyada bu məhsulun qiymətləri REKORD VURDU
23/11/2024 - 23:46
Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb. Qafqaz.Media xəbər verir ki, Nyu-York birjasında keçirilən hərraclarda "Arabica qəhvəsinin qiyməti bir funt üçün 3 dollara qədər yüksəlib. Bu, 2011-ci ilin aprelindən bəri ən yüksək qiymətdir. Qiymətlərin bahalaşmasının əsas səbəbinin Braziliyada məhsulun azalması olduğu bildirilir. Əsas məhsul istehsal edən ölkə quraqlıqdan əziyyət çəkir ki, bu da məhsula birbaşa təsir göstərir.
Qafqaz.Media