Ermənistan KTMT-dəki "Troya atı" rolunda

24/11/2022 - 18:10

KTMT sədri kimi bir illik fəaliyyətinin sonunda Paşinyan Ermənistanı qurumdaxili "Troya atı" şəklində formalaşdı. Ermənistanın rəsmi hakimiyyət orqanları KTMT qüvvələrini əsl müttəfiqləri - Avropa İttifaqı qoşunları və xüsusən də Fransa ilə əvəz etməyə hazır olduqlarından canfəşanlıqla danışırlar. Paris qab-qacaq dükanındakı fil tərzində Cənubi Qafqaza müdaxilə edir.
İlk baxışdan bu heyrətamizdir. Xatırlayaq ki, iki il əvvəl Ermənistan Nikol Paşinyanın uduzduğu müharibəni dayandıran Rusiyanın köməyilə dövlətçiliyini qoruyub saxladı və Rusiya Azərbaycanı məğlub erməni komandirləri ilə danışıqlara sövq etdi. Xankəndində sınıq-salxaq qondarma quldur erməni qurumunu qoruyub-saxlamağa müyəssər oldu. Paşinyan elə əvvəldən hakimiyyətə gəldikdən sonra KTMT-ni gözdən salmaq və sarsıtmaq xətti tutdu. Paşinyanın ilk addımlarından biri o vaxt KTMT-nin baş katibi olan general Yuri Xaçaturovun həbsi oldu. İddialara görə, 2008-ci ildə Serj Sarkisyanın prezident seçilməsi ilə bağlı yaranmış iğtişaşları məhz Xaçaturov təşkil edib. Üsyan uğursuzluğa düçar oldu və etirazların əsl təşkilatçılarından biri olan Paşinyan hətta bir neçə ay həbsdə yatdı. O, amnistiyaya ilə azadlığa çıxdı, deputat oldu və 2018-ci ildə yeni iğtişaşlar etdi - bu dəfə uğurlu oldu.
Ermənistan rəhbərliyinin KTMT-yə əsas iddiası ondan ibarətdir ki, qurum Azərbaycanla sərhəd münaqişəsində onların tərəfini tutmur. Təşkilatın demək olar ki, bütün üzvlərinin Bakı ilə İrəvandan daha yaxşı münasibətlərə malik olduğunu nəzərə alsaq, Paşinyan və onun yoldaşları Vladimir Putinə təşəkkür etməlidirlər ki, o "sülhməramlı" olaraq qalır. Azərbaycanın qələbəsinə kölgə salır.
Bu yaxınlarda Rusiya hakimiyyətinin rəsmi mövqeyini Konstantin Kosaçev belə ifadə etdi: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli KTMT-nin səlahiyyətlərinə aid deyil”. 
Putin İrəvanda KTMT sammitinə gələndə İrəvanda “Rusiya düşməndir” şüarı ilə məşəllərlə kütləvi yürüşlər baş tutdu.
Ermənistan hakimiyyəti xalqın böyük əksəriyyətinin əhval-ruhiyyəsini bilir. Əgər “nümayişçilər” əvvəlcədən təhlükəsizlik zəmanəti almasaydılar, İrəvanda heç kim belə oyunu küçələrə çıxarmağa cürət etməzdi. Yəni bu, Ermənistan hakimiyyəti tərəfindən açıq-aşkar planlaşdırılmış bir hərəkətdir və o deməkdir ki, İrəvan planından geri durmayacaq. Xüsusilə Paşinyanın iclasda heç bir sənədə imza atmaması ilə KTMT-nin İrəvan iclasının uğrusuzluğuna imza ataraq...

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33