FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə məlumatlara münasibət bildirib

13/05/2024 - 10:17

FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya bildirilib ki, "Sədərək" ticarət mərkəzi ərazsində yanğın olması barədə nazirliyin "qaynar xətt"inə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkədə yanğın barədə yayılan görüntülər araşdırılıb.

Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırması məlum olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ