Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib

30/11/2024 - 15:20

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə 25-29 noyabr tarixlərində rəhbər heyətin mülki müdafiə kursları keçirilib. Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlanması” Qaydalarına və Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirilməsinin Təqvim-Planına əsasən təşkil olunan kurslarda mərkəzi icra hakimiyyəti orqanlarından olan “Mülki Müdafiə qərargah rəisləri” və digər regional mərkəzlərin əhatə etdiyi ərazilər üzrə “Obyekt rəhbərləri” kateqoriyasından olan dinləyicilər iştirak edib. Kursların keçirilməsində məqsəd idarə, müəssisə və təşkilatların rəhbər heyətinin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində biliklərinin artırılması, onların fövqəladə hallar zamanı rəhbərlik etdikləri qurumun şəxsi heyətinin mühafizəsi üzrə effektli idarəetmənin həyata keçirilməsi olub. Tədbirin sonunda dinləyicilərə kursları bitirmələri barədə sertifikatlar təqdim olunub.

 

Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçiribFövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ