“Fransaya Əlcəzirdə qadınların, uşaqların, yaşlıların başına açdıqları oyunları xatırlatmaq lazımdır” – BƏYANAT

18/11/2022 - 17:22

“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi Vətəndaş cəmiyyətinin üzvü Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı bəyanat yayıb.

Qafqaz.media-nın elektron poçtuna daxil olan bəyənatı olduğu kimi dərc edirik:

“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi olaraq düşünürük ki, Fransa demokratiya pərdəsi arxasında gizlənərək hər zaman bizi kürəyimizdən bıçaqlamışdır. Hakimiyyətdə kimin olmasından, neçənci il olmasından asılı olmayaraq, Fransanın Azərbaycana qarşı mövqeyi heç bir zaman dəyişməz qalacaq.

Düşünürük ki, biz də cəmiyyətin aktiv nümayəndələri olaraq, Fransanın Azərbaycana qarşı sərgilədiyi davranışa qarşı susmamalıyıq, alternative cavablar yubanmamalıdır. Bununla da biz öz prezidentimizi dəstəkləyərək, hər zaman onun yanında olduğumuzu göstərməliyik.  Fransanın belə bir riyakar addımına qarşı cavab tədbirlərinin görülməsinin tərəfdarıyıq. Azərbaycanın Milli Məclisi də senatın bu ikiüzlü siyasətinə qarşı öz qəti sözünü deməli, Azərbaycan MM-də Fransa Senatının mövqeyini pisləyən qətnamə qəbul edilməlidir.

Bizə bu gün demokratiya dərsi vermək istəyən Fransaya Əlcəzirdə qadınların, uşaqların, yaşlıların başına açdıqları oyunları xatırlatmaq lazımdır. Günahsız  insanları qətilə yetirən, Setif  və Quelmada dinc müsəlmanlara qarşı amansız  soyqırımları törədən, Fransanın Kəlbəcərdə, Qubada, Şamaxıda, Bakıda və nəhayət Xocalıda soyqırım törədən  Ermənistana dəstək məqsədi ilə Fransa Senatının  qəbul etdiyi qətnaməni   və  bir qrup ermənipərəst, anti-Türk və anti-Azərbaycan əhval-ruhiyyəli senatorlar tərəfindən Fransa Senatına belə bir təklifin edilməsi bu ölkənin indiki hakimiyyətinin adekvat olmadığını və Fransa Prezidentinin  ikili mövqeyini bir daha sübut edir. Biz də buna qarşı susmamalı, alternativ addımları atmalıyıq”.

Qafqaz.media