“General Dynamics” Ukraynaya kömək etmək üçün pensiyaçıları işə qaytardı

24/11/2022 - 22:57

“Stinger” hava hücumundan müdafiə sistemini istehsal edən Amerikanın “General Dynamics” şirkəti Ukraynaya tədarükün həcmini artırmaq üçün təqaüdçüləri öz montaj zavoduna qaytarıb.

Qafqaz.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Digər bir korporasiya “Lockheed Martin”, “Raytheon” ilə birlikdə istehsal etdiyi “Javelin” tank əleyhinə raketlərin istehsalını iki dəfə, həmçinin, HIMARS reaktiv yaylım atəşi sistemlərinin və GMLRS raketlərinin istehsalını 60% artırır.

Bundan əlavə, alman şirkəti “Rheinmetall” tank sursatlarının illik istehsalını ildə təxminən 70.000 ədəddən 140.000 ədədə qədər artırıb.

Qafqaz.media