General Qazaxda minaya düşən hərbçiyə baş çəkdi - Video
01/05/2024 - 08:53
Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir.
“Qafqazinfo”nun məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib.
Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətinin yaxşı olduğunu bildirib.
Daha ətraflı REAL TV-nin hazırladığı süjetdə: