Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Qafqaz.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobillər toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.