“Gürcüstan hökuməti Mixail Saakaşviliyə görə məsuliyyət daşıyır” – ABŞ DÖVLƏT DEPARTAMENTİ

21/12/2022 - 15:07

“Gürcüstan hökuməti Mixail Saakaşviliyə qarşı ədalətli və ləyaqətli rəftarA, o cümlədən Xalq Müdafiəçisinin müstəqil tibbi ekspertlərinin tövsiyələrinə uyğun olaraq ona bütün lazımi tibbi və psixoloji yardım göstərilməsinə görə məsuliyyət daşıyır”.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ölkənin eks-prezidenti Mixail Saakaşvilinin hüquqlarının müdafiəsini və lazımi tibbi yardımı təmin etməlidir.

"Əlbəttə ki, onlar onun hüquqlarının qorunmasını və bütün lazımi tibbi xidmətlərlə təmin olunmasını təmin etməlidirlər", - Ned Prays deyib.

Ona Mixail Saakaşvilinin səhhətinin pisləşməsi və amerikalı həkimlərin tövsiyyələri ilə bağlı sual verilib. Ned Prays bildirib ki, onun fikrincə, eks-prezidentin xaricə köçürülməsi lazımdır.

Qafqaz.media