Gürcüstan parlamentinin sədri prezidentin Saakaşvilini əfv edəcəyini gözləmir

07/01/2023 - 17:57

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini əfv edəcəyini gözləmir.

Qafqaz.media xəbər verir ki, parlament sədrinin sözlərinə görə, o, Zurabişvilinin bu məsələdə mövqeyini bilir və onun mövqeyinin dəyişməsi üçün heç bir əsas görmür.

Papuaşvili hesb edir ki, indi Mixail Saakaşvilini hansısa yolla həbsdən çıxarmağa çalışan hər kəs ədalətin bərpa olmasına mane olur.

“Mən bunu (Prezident Zurabişvilinin Saakaşvilini əfv etməsini) gözləmirəm. Çünki onun (Salome Zurabişvilinin) dəfələrlə ifadə etdiyi mövqeyini bilirəm və bu mövqeyi dəyişmək üçün heç bir səbəb görmürəm. İndi hansısa yolla Mixail Saakaşvilini həbsdən çıxarmağa çalışan hər kəs bununla ədalətin bərqərar olmasına mane olmağa çalışır”, - Papuaşvili bildirib.

Qafqaz.media